Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi artıb – Detallar

16:48 - 3.03.2021


3 mart, Fineko/abc.az. Bakı Fond Birjasında 2021-ci ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, sözügüdən dövrdə qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 852 milyon 304 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

Bazarın böyüklüyünün böyük hissəsi və artım dövlət qiymətli kağızları ilə bağlıdır.

Müəllif: Elmir Murad

 

Вся лента