Ötən il Gəncədə istehsal edilmiş sənaye məhsullarının həcmi açıqlanıb

16:29 - 4.03.2021


4 mart, Fineko/abc.az. 2020-ci ildə Gəncə şəhərinin sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 371,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.

ABC.AZ Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə sənayedə muzdla çalışan 4939 nəfər işçiyə verilən orta aylıq əməkhaqqı 563,2 manat təşkil edib və əvvəlki ilə nisbətən 7,5 faiz artıb.

Dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 572,0 manat, qeyri-dövlət sektorunda 554.7 manat təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента