Bu qədər fermerə subsidiya ödənilib

11:04 - 9.03.2021


9 mart, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi 182650 nəfər fermerə 2020-ci ilin payız əkininə görə subsidiya ödənişi edib.

Aqrar Kredit və İnkişaf Agentliyindən ABC.AZ-a verilən məlumata görə, ümumilikdə 335 min nəfərdən artıq fermer payız əkini etdiyi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan yerləşdirib.

Fermerlərin əkin bəyanları yoxlandıqca, mərhələli şəkildə subsidiya ödənişlərinin qalan hissəsi də köçürülür.

AKİA-dan bildirilib ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib.

 

Вся лента