Azərbaycan məhsulları “MosBuild 2021” sərgisində nümayiş olunacaq

11:40 - 19.03.2021


19 mart, Fineko/abc.az. Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun və  AZPROMO-nun təşkilatçılığı ilə iki ölkə sahibkarlarının işgüzar görüşü keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə məhsulların ixracına dair müzakirələr aparılıb, şirkətlərin təqdimatları dinlənilib.

Görüşdə 30 mart - 2 aprel tarixlərində Moskva şəhərində keçiriləcək “MosBuild 2021” beynəlxalq tikinti və inşaat materialları sərgisində Azərbaycan məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacağı bildirilib.

 

Вся лента