SOCAR-ın funksionallığı daha da artırılacaq - İclas keçirilib

12:04 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, iclasda Prezidentin şirkətlə bağlı verdiyi tapşırıqların icra vəziyyəti müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqi İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin yaydığı məlumata görə, Müşahidə Şurasının sədri Mikayıl Cabbarov vurğulayıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Müşahidə Şurası SOCAR-ın funksionallığını daha da artırmaq istiqamətində fəaliyyət göstərir.

Şura qabaqcıl təcrübə və idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, idarə olunmasının müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün şirkətin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində müvafiq addımlar atır.

Dövlət başçısının Fərmanına əsasən, Müşahidə Şurası şirkətin uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması istiqamətində işləri davam etdirir.

 

Вся лента