Ötən ay 337 807 nəfər icbari tibbi sığorta üçün müraciət edib – Hesabat

15:28 - 12.04.2021


12 aprel, Fineko/abc.az. 2021-ci ilin mart ayı ərzində icbari tibbi sığorta üçün 337 807 nəfər ümumilikdə 535 714 dəfə müraciət edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu müraciətlər üzrə ümumilikdə 1 180 643 tibbi xidmət göstərilib.

Tibbi xidmətlərin 1 002 940-ı ambulator, 177 703-ü isə stasionar şəraitdə göstərilib.

Müəllif: Elmir Murad

Вся лента