330x110
 

Güzəştli mənzil alanların sayı açıqlanıb

12.04.2021,16:22


12 aprel, Fineko/abc.az. 2016-2020-ci illərdə Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunub.

Mənzil İnşaaatı Dövlət Agentliyindən (MİDA) ABC.AZ-a bildirilib ki, Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılıb, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılıb.