Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? - İlham Əliyev

17:15 - 12.04.2021


12 aprel, Fineko/abc.az. Bildiyiniz kimi Prezidenti İlham Əliyev bu gün Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı açılış zamanı bəzi məqamlara toxunub.

O qeyd edib ki, ermənilər Şuşanı bu “İskəndər M” raketlərindən atəşə tutmuşdular.

"Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur: Ermənistanın hərbi cinayətinin sübutudur. Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün Şuşanı qədim şəhərimizi Ermənistan “İskəndər M” raketləri ilə məhv etməyə çalışırdı. Biz Şuşanı azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

 

Вся лента