330x110
 

Yararsız pulları dəyişdirmək üçün ofislər yaradılıb - Ünvanlar

12.04.2021,17:25


12 aprel, Fineko/abc.az. Əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə AMB-də və onun ərazi idarələrində (Naxçıvan MR İdarəsi, Gəncə, Biləsuvar və Quba Regional Mərkəzləri, Yevlax Ehtiyat Mərkəzi) əhaliyə xidmət ofisləri təşkil edilib. Qurumun Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında isə əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Vətəndaşlar sabahdan etibarən həftənin çərşənbə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.