Elə banklar var ki, ötən ili xeyli zərərlə qurtarıblar – Ekspert

10:17 - 13.04.2021


13 aprel, Fineko/abc.az. Bildiyiniz kimi pandemiya bir çox sahələr kimi bank sektoruna da mənfi təsirini göstərib.

Bank sektorundakı vəziyyəti ABC.AZ-a şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, iri, böyük və çox sağlam banklar var ki, onlara bu mənfi hallar elə də ciddi təsir etməyib.

O qeyd edib ki, hətta mənfəətlə qurtarıblar.

"Eyni zamanda elə banklar var ki, ötən ili çox pis, yəni xeyli zərərlə qurtarıblar. Ortalama isə banklar yəni zərər görsə də, bu onlar üçün ölümcül olmayıb. Ötən ay ərzində hətta banklarımızda bir qədər əmanətlərin artması müşahidə olunub. Bu da təbii ki, karantinin yumşaldalması ilə bağlıdır. Eyni zamanda da Azərbaycanda əmanətlərin sığortalanması üzrə əminliyin yaradılmasıdır. Yəni bildiyimiz kimi dünəndən Azərbaycanda əmanətlərin sığortalanması qaydası işə düşüb. 100 min manata kimi əmanətlər tam sığortalıdır. Bu da insanlarda əminliyi artırıb. Bundan sonra nə olacaq dediyim kimi karantindən çox şey asılıdır. Sərt karantin rejimi yenidən tətbiq olunsa əlbəttə bank sistemində çətinliklər artacaq. Əks halda bank sistemi özünə gələ bilər. Amma problemli kreditlər yəqin ki, bu il bütövlükdə artan xətlə gedəcək. Ümid edək ki, elə də ciddi problemlər olmayacaq" - deyə Ə.Həsənov qeyd edib.

Müəllif: Elmir Murad

Вся лента