"Apple" şirkəti təqdimat keçirəcək - Yeni məhsullar varmı?

10:20 - 14.04.2021


14 aprel, Fineko/abc.az. Bu il “Apple” korporasiyasının ilk təqdimatı keçiriləcək.

ABC.AZ-ın xarici KİV-lərə istinadən məlumatına görə, təqdimat aprelin 20-si saat 20:00-da baş tutacaq.

Mərasimdə hansı cihazların göstəriləcəyi hələlik dəqiq məlum deyil.

Daha əvvəl yayılmış insayder məlumatalarına görə, şirkət iPad, yeni prossesorla təchiz edilmiş Mac kompüterləri, AirPods qulaqcıqları təqdim edəcək.

Müəllif: Elmir Murad

 

Вся лента