Daha bir BOKT hesabat verdi - Mənfəəti kəskin azalıb

11:20 - 16.04.2021


16 aprel, Fineko/abc.az. “Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 164 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu, 2019-cu ilə nisbətən 95,1% və yaxud 20,4 dəfə azdır. Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 291 min manat (illik müqayisədə 11,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 127 min manat (4,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 6,872 milyon manat olub ki, bu da illik müqayisədə 6,2% azdır. Bunun 5,962 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.

2020-ci ildə BOKT-un kredit portfeli 6,6% böyüyüb.

 

Вся лента