“Azər-Türk Bank”da bəzi göstəricilər üzrə azalmalar var - Siyahı

15:34 - 16.04.2021


16 aprel, Fineko/abc.az. 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin analoji dövründə “Azər-Türk Bank”ın faiz gəlirləri 5,4% və ya 282 min manat azalıb.

ABC.AZ-ıb Bankın hesabatına istinadən məlumatına görə, sözügedən dövrdə bankın faiz gəlirləri 4 milyon 898 min manat olub. Bankın qeyri-faiz gəlirləri də azalıb.

Belə ki, sözügedən dövrdə bankın qeyri-faiz gəlirəri 17,1% və ya 420 min manat azalaraq 2 milyon 32 min manat təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента