“Yelo Bank” pərakəndə bankçılığa keçir- Anons verildi

14:54 - 23.04.2021


23 aprel, Fineko/abc.az. “Yelo Bank”ın növbəti illərdə əsas məqsədi biznesin inkişaf istiqamətini korporativ bankçılıqdan pərakəndə bankçılığa dəyişdirməkdir.

ABC.AZ xəbər verir ki, bunu adıçəkilən Bankın idarə heyətinin sədri Anar Həsənov deyib.

O qeyd edib ki, əsas diqqət xüsusən də orta, kiçik və mikro sahibkarlığın inkişafına yönələcək. “Bank üçün daha bir prioritet istiqamət fərdi şəxslərin bank xidmətlərinə olan ehtiyaclarını ödəməkdir”, - A.Həsənov bildirib.

 

Вся лента