Son 3 ildə 4 BOKT-a lisenziya verilib – Siyahı

11:27 - 28.04.2021


28 aprel, Fineko/abc.az. Tənzimləyici qurum olan Mərkəzi Bank son 3 ildə cəmi 4 BOKT-a lisenziya verib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunlar “Kapital Bank” ASC-yə məxsus “Birkart” MMC, “MJ Lizinq” MMC-yə yaxın “MJ Financial Services” MMC, “Prior Leasing” QSC-yə yaxın “Prior Credit” QSC, eləcə də “Optimal Finance” MMC-dir. 2021-ci ildə isə ölkədə daha 2 BOKT yaradılıb.

Bunlar “FNC” və “Partner Finance” MMC-lərdir. Onlar da Mərkəzi Bankdan lisenziya gözləyir.

Report.az

Вся лента