4 bankın əmanətçilərinə 641 milyon manatdan çox kompensasiya ödənilib

12:31 - 3.05.2021


3 may, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 24,7 min qorunan əmanətçisinə 641,449 milyon manat kompensasiya ödəyib.

ABC.AZ Fondun açıqlamasına istinadən xəbər verir ki,  “Atabank”ın 9,8 min əmanətçisi 246,8 milyon manat, “Amrah Bank”ın 5,8 min əmanətçisi 140 milyon manat, “AGBank”ın 4,8 min əmanətçisi 121 milyon manat, “NBC Bank”ın isə 4,2 min əmanətçisi 133 milyon manat kompensasiya alıb.

Müəllif: Elmir Murad

 

Вся лента