330x110
 

Gömrük Komitəsi tərəfindən azalan və artan büdcə daxilolmaları – Siyahı

07.05.2021,17:29


7 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsi tərəfindən bu ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinə 1 314 386,4 min manat daxil olub.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə  ƏDV üzrə daxilolmalar isə 7,8% azalaraq 888 803,4 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk dörd ayında daxilolmalar 16,5% artaraq 51 144,8 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 13 881,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 9,8% çoxdur.

Müəllif: Elmir Murad