330x110
 

VTB (Azərbaycan) işsizlərə baza xidmətləri paketini pulsuz təqdim edəcək

07.05.2021,17:32


7 may, Fineko/abc.az. VTB (Azərbaycan) Dövlət məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan vətəndaşlara pulsuz debet ödəniş kartını və bankın rəqəmsal xidmətlərinə qoşulmağı təklif edir. Pulsuz baza xidmətləri paketi çərçivəsində müştərilər ay ərzində yaşayış minimumu həcmində cari hesaba bağlı ödəniş kartına mədaxil etmək imkanına malikdirlər. Onlar həmçinin VTB (Azərbaycan) və tərəfdaş bankomatlarda vəsaiti nağdılaşdıra, eləcə də yaşayış minimumu həcmində vəsaiti kartdan karta köçürə bilər. Müştərilər müxtəlif bank əməliyyatlarını distant şəkildə internet- və mobil bank və ya Facebook və WhatsApp mesencerlərindəki çat-bank Direct vasitəsilə həyata keçirə bilərlər. Həmçinin onlar üçün SMS-xəbərdarlıq və debet kartla bağlı cari hesabdan aparılan əməliyyatlar üzrə elektron çıxarışın verilməsi də ödənişsizdir. “Müasir bank xidmətlərini, o cümlədən distant xidmətləri əhali üçün əlçatan etmək – bank VTB (Azərbaycan)-ın strateji istiqamətidir. Pulsuz baza xidmətlər paketi əhalinin aztəminatlı qrupunun maliyyə alətlərinə çıxış imkanları genişləndirir və ölkədə elektron ödənişlərin payının artmasına səbəb olur” – deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Yevgeni Borodin bildirib. Baza bank xidmətləri paketindən istifadə etmək üçün vətəndaşlar Dövlət məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınması barədə arayışı banka təqdim etməlidirlər. Təklif Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsinə dair dövlət proqramı çərçivəsində reallaşır.

Ключевые слова: Vtb