Unibank səhmdarları növbədənkənar toplaşır

11:55 - 21.05.2021


21 may, Fineko/abc.az. “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, sözügedən yığıncaq 24 iyun 2021-ci il tarixində baş tutacaq.

Yığıncaqda 2020-ci il üzrə “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin kənar auditoru tərəfindən təsdiq edilmiş konsolidə əsasında hazırlanmış maliyyə hesabatlarının təsdiqi və digər məsələlər müzakirə olunacaq.

Müəllif: Elmir Murad

Вся лента