İlham Əliyev qəbul keçirib

14:50 - 21.05.2021


21 may, Fineko/abc.az. Prezident İlham Əliyev mayın 21-də qəbul keçirib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edib.

Görüşdə İ.Əliyev bir sıra məqamlara toxunaraq qeyd edib ki komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz.

"Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib. Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur" deyə Prezident bildirib.

 

Вся лента