Bu yollar 8 gün bağlı olacaq - Siyahı

16:39 - 26.05.2021


26 may, Fineko/abc.az. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi zamanı hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, İdarədən "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulduğu qeyd edilib.

31 may tarixindən 8 iyun tarixinədək bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub.

Ümumiyyətlə, qeyd edilən tədbirin təhlükəsizliyinin təmin edilməsi məqsədlə bu istiqamətə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

 

Вся лента