Təhsil Komitəsinin məqsədləri və uzun müddətli vizyonu barədə Elvin Qasımovla müsahibə

17:21 - 27.05.2021


27 may, Fineko/abc.az. 20 may 2021-ci ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) nəzdində yeni yaradılan Təhsil Komitəsinin üzvləri tərəfindən ilk onlayn görüş keçirilmişdir. Palatanın əsas missiyası Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlıqla əməkdaşlıq etmək və əlverişli iş mühitinə yardım etmək olan qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.

Komitənin sədri ADA Universitetinin prorektoru, Fariz İsmayılzadə, sədr müavinləri UFAZ-da Pedaqoji kafedranın müdiri Lətifə Nəsibova və Baker Tilly Azərbaycan şirkətində Audit Direktoru Elvin Qasımov yeni yaradılan Təhsil Komitəsini iştirakçılara təqdim etdi. Təhsil Komitəsinin məqsədi Azərbaycan Respublikasında Təhsil və Biznes sektorları arasında tərəfdaşlıq yaratmaqdır.

Palatanın İcraçı Direktoru Zibar Hüseynova açılış qeydlərində təhsil sahəsindəki nailiyyətləri və dövlət-özəl tərəfdaşlıqda Palatanın işini təqdim etdi.

Görüşdə universitetlərin 10-dan çox rektorları və prorektorları, Palataya üzv şirkətlərin nümayəndələri, biznes sektorlarını nümayəndəsi və müxtəlif təhsil müəssisələri iştirak etmişdir

Komitənin məqsədləri və uzun müddətli vizyonu barədə Elvin Qasımovla müsahibə

Komitənin əsas vizyonu “Təhsil və Biznes sektorları arasında daha effektiv əlaqələrin təşviqi və tərəfləri bir araya gətirmək”dir. Hədəfimiz təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunluğunu artırmaq məqsədi ilə təhsil müəssisələri və özəl şirkətlər arasında dialoq platforması yaratmaqdır.

Bizim Missiya bəyanatımıza aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmır:

  • təhsil proqramlarının əmək bazarının ehtiyaclarına uyğunluğunu artırmaq məqsədi ilə təhsil müəssisələri (ali təhsil, peşə təhsili, tədris müəssisələri) və özəl şirkətlər arasında dialoq platformasının yaradılmasını təmin etmək;
  • Azərbaycan Respublikasında Təhsil və Biznes sektorları arasındakı boşluğu təhlil etmək və onun azaldılması üzərində işləmək;
  • Qarşılıqlı fayda ilə (KSM proqramları) müəyyən fəaliyyətlərə biznes nümayəndələrini cəlb etmək və onları bir yerə cəmləşdirmək;
  • Şirkətləri məzunların əmək bazarına rahat inteqrasiyasına töhfə verməyə dəvət etmək;
  • Universitetlər və şirkətlər arasında daha yaxşı əməkdaşlığa icazə verən qanunvericiliyi təkmilləşdirmək üçün müxtəlif müəssisələrlə işləmək;
  • Bacarıqlar baxımından şirkətlərin real ehtiyaclarını təmin etməklə məktəbdən əmək bazarına yaxşı keçidi təmin etmək məqsədilə peşə təhsil müəssisələri ilə işləmək;
  • Azərbaycan Respublikasının gələcək inkişafı üçün yüksək keyfiyyətli insan kapitalınının yaradılmasında göstərdikləri öhdəliyə görə mükafatlandırmaq üçün təhsil müəssisələri ilə fəal əməkdaşlıq edən şirkətlər üçün Keyfiyyət Etiketinin yaradılması.
  • Komitə üzvləri kimi biz hər bir maraqlı qrupların təkliflərinə açığıq və şirkətinizin / universitetinizin əməkdaşlıq prosesi zamanı qarşılaşdığı problemləri sizinlə müzakirə etməkdən məmnun olarıq.
  • Gündəlikdə duran əsas məsələ Komitənin üzv və qeyri-üzvlərini hər iki tərəfin maraqlı nümayəndələrindən potensial işçi qrupları, tərəfdaşlıqlar və könüllülərlə genişləndirməkdir.
  • Maraqlı tərəflərə hökumət və qeyri-hökumət təşkilatlarının, təhsil sektorunun, özəl şirkətlərin, beynəlxalq şirkətlərin, agentliklərin, mülki cəmiyyətin, media və press və s. nümayəndələri daxildir, lakin bununla məhdudlaşmır.
  • Hazırda, biz diqqətimizi 2021-ci ildə Komitənin məqsədlərinin reallaşdırılması üçün aktiv Fəaliyyət Planı və İş Proqramlarına cəmləmişik.
  • Biz Şirkət/Universitet əməkdaşlığı üçün rəqəmsal platformanın yaradılmasında potensial gənc istedadlar tərəfindən yeni startap və beyin fırtınası proqramları gözləyirik.

Biz Şirkət/Universitet əməkdaşlığı üçün rəqəmsal platformanın yaradılmasında potensial gənc istedadlar tərəfindən yeni startap və beyin fırtınası proqramları gözləyirik.


Вся лента