Xalq Bankla hədiyyələrə sahib olun

11:03 - 16.03.2018


Bu gündən 15 sentyabr 2018-ci il tarixədək Xalq Bank “Ulduzum” loyallıq proqramının dəstəyi ilə ani lotereyaya start verilir. Bu dövr ərzində Xalq Bankın filiallarında qeyd olunmuş bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal rabitə, internet, TV xidmətlərinin, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartının əldə edilməsi, “Xalqbank-online” İnternet Bank xidmətinə qoşulma) istifadə edən hər bir şəxs 8000-dən artıq hədiyyədən birini qazanmaq imkanı əldə edir (pulsuz Bakcell dəqiqələri, Azpetrol yanacaq kuponları, Autolux-dan endirim kuponları və digər müxtəlif hədiyyələr).

Hədiyyələrə sahib olmaq üçün Bankın istənilən filialında yuxarıda göstərilən xidmətlərdən istifadə zamanı, XALQBANK sözünü 5555 nömrəsinə göndərməklə alınan “Ulduzum” kodunu Bankın əməkdaşına təqdim etmək lazımdır. SMS göndərişi pulsuzdur. Həmin “Ulduzum” kodu müştərinin adı, soyadı, ata adı ilə birlikdə bankın əməkdaşı tərəfindən elektron lotereya proqramına daxil edilir və proqram təsadüfi seçim yolu ilə müştərinin hədiyyəsini müəyyən edir. Lotereyada Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də iştirak edə bilərlər.

Lotereya haqda daha ətraflı məlumatı bankın 138 Məlumat Mərkəzindən, www.xalqbank.azwww.ulduzum.az saytlarından əldə etmək mümkündür.

 

Вся лента