İspaniya pomidoruna qadağa

15:32 - 7.06.2021


7 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri davam etdirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən İspaniyadan Azərbaycana idxal olunan “Diamond seeds” toxum şirkətinə məxsus pomidor toxumuna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu aşkar edilib. Agentlik tərəfindən virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib.

Həmçinin İstehsalçı ölkənin müvafiq qurumuna Azərbaycan ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan fitosanitar tələblərinin və 13 №-li FTBS-in tələblərinin pozulmasına dair bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

 

Вся лента