Azərbaycanda iqtisadi fəal əhali bu qədər olub

17:36 - 14.06.2021


14 iyun, Fineko/abc.az. 2021-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 268,8 min nəfər olub.

Onlardan 4 milyon 908,2 min nəfərini məşğul əhali, 360.6 min nəfərini və ya 6,8%-ni işsiz əhali təşkil edib.

Bu barədə ABC.AZ-a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 678,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 913,6 min nəfər, qeyri-dövlət sektorunda isə 764,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,7 min nəfər çalışıb.

 

Вся лента