Neftin qiyməti artır, Brent barrel başına $74,60 təşkil edir

09:48 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Neft qiymətləri ötən həftə ABŞ-ın neft ehtiyatlarının xeyli azalması barədə ABŞ Neft İnstitutunun (API) məlumatlarına əsasən, çərşənbə günü ticarəti zamanı artmaqdadır.

API-nın məlumatına görə, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 8,5 milyon barrelə düşüb. Bloomberg ' in qeyd etdiyi kimi, məlumatlar rəsmi olaraq təsdiqlənərsə, bu, yanvar ayından etibarən maksimum azalma olacaq.

Saat 9:15-də London ICE Futures birjasında keçirilən hərracda Brent neftinin avqust fyuçersi $0,61 (0.82%), barel başına $74,60 qədər yüksəldi. İyunun 15-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $1,13 (1,55%) artaraq barel başına $73,99-a çatıb.

Saat 9:15-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında iyul ayında WTI-nin neft fyuçersinin dəyəri $0,54 (0,75%) - barel başına $72,66-a qədər artıb. İyunun 15-də hərracların nəticələrinə görə, iyul ayı üzrə WTI-nin fyuçers qiyməti $1,24 (1,75%) artaraq barel başına $72,12-a çatıb.

 

Вся лента