330x110
 

Azərbaycanın qaz ixracı artıb – Hesabat

16.06.2021,10:54


16 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.