Bir-birimizə daha da yaxınlaşacağıq - Ərdoğan

11:23 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada olub.

ABC.AZ-ın məlumatına görə, Türkiyə Prezidenti Şuşada Prezident İlham Əliyevlə görüşüb.

O görüşdə bir sıra məqamlara toxunaraq qeyd edib ki, qardaşım Əliyev ilə bir az əvvəl baş tutan görüşdə əlaqələrimizi bir daha ətraflı nəzərdən keçirmək fürsətimiz oldu.

"Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını qarşıdakı aylarda Türkiyədə keçirəcəyik. Bildiyiniz kimi, 2021-ci il aprelin 1-dən etibarən iki ölkə arasında gediş-gəlişi şəxsiyyət vəsiqəsi ilə başlatmışıq. Bu addım qarşılıqlı əlaqələrimizi asanlaşdıraraq bizi bir-birimizə daha da yaxınlaşdıracaq" deyə R.T.Ərdoğan bildirib.

 

Вся лента