“Azərxalça” ASC-də yeni təyinat

15:12 - 16.06.2021


16 iyun, Fineko/abc.az. “Azərxalça” ASC-də baş mühafiz vəzifəsinə təyinat olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib.

O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini icra edib.

Вся лента