Xaricdən buğda alışına xərclənən vəsait artıb

15:17 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Azərbaycanın xaricdən buğda alışına xərcləri artıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, dünya bazarında qiymətlərin yüksəlməsilə əlaqədardır.

2021-ci ilin ilk 5 ayında Azərbaycan 99 milyon 808 min dollar dəyərində 392 min 213 ton buğda idxal edilib.

Müqayisə üçün qeyd edək ki, idxal olunan buğdanın statistik dəyəri 33,7%, miqdarı isə 14,7% artıb. 2020-ci ilin ilk 5 ayında Azərbaycana 74 milyon 614 min dollar dəyərində 341 min 835 ton buğda idxal edilmişdi.

 

Вся лента