330x110
 

“eBay” Cənubi Koreyadakı biznesini satır

16.06.2021,16:22


16 iyun, Fineko/abc.az. ABŞ-ın“eBay” şirkəti Cənubi Koreyadakı biznesini satışa çıxarıb.

ABC.AZ-ın məlumatına görə, şirkət biznesini “Shinsegae Group” şirkətinə satmağı planlaşdırır. Sövdələşmənin qiyməti 3,6 milyard ABŞ dolları təşkil edəcək.

Daha əvvəl törəmə şirkətin satışı ilə bağlı danışıqlarda Cənubi Koreyanın ən böyük reteyleri olan “Lotte Shopping” şirkəti də iştirak etsə də, naməlum səbəblərdən sövdələşmə baş tutmayıb.