Azərbaycanın daha 10 müəssisəsi Rusiyaya pomidor ixrac edə biləcək

16:55 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 16-dan etibarən Azərbaycanın daha 10 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

ABC.AZ-ın məlumatına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 141 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

 

Вся лента