330x110
 

Bu ölkələrin vətəndaşları Azərbaycana səfər edə biləcək - Siyahı

16.06.2021,17:24


16 iyun, Fineko/abc.az. İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə səfər etməsinə icazə veriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir. Məlumatda deyilir ki, ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir.

10 iyun tarixindən epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşları üçün hava yolu ilə Azərbaycan Respublikasının ərazisinə səfərlərdə yumşalmalar tətbiq edilib.

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığını nəzərə alaraq, iyunun 21-dən aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə verilir: ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər.