Bir gündə 38 mindən çox vaksin vuruldu

17:18 - 18.06.2021


18 iyun, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 38 076 vaksin vurulub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 23 774, ikinci mərhələ üzrə 14 302 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 915 954, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 908 805, ikinci mərhələ üzrə isə 1 007 149 nəfər təşkil edir.

 

Вся лента