Hazırda sığorta sektorunda vəziyyət necədir? - Ekspertdən şərh

10:19 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Azərbaycanın sığorta sektorundakı vəziyyət ümumən hələlik normaldır.

Bunu ABC.AZ-a sığorta sektorundakı maliyyə durumunu şərh edən sığorta eksperti İlkin İbrahimov bildirib.

O qeyd edib ki, postpandemiya şəraitində sığorta sektoru sakit inkişafdadır.

"Ümumi ilin sonuna sığorta sektorunun artımı gözlənilir. Bununla yanaşı növbəti ildən icbari şəxsi sığortalar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə həvalə ediləcək. Bu isə sığorta sektorunun 35-40 milyonluq sığorta haqqının bazardan digər yerə transferinə gətirib çıxaracaq" deyə ekspert qeyd edib.

 

Вся лента