Milli Depozit Mərkəzi tender elan edib - Yeni sistem yaradılacaq

10:33 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) insan resursları və elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması, eləcə də veb-saytının yenilənməsi üçün açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 12-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 22-sı, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi iyulun 23-də, saat 15:00-da Portalda açıqlanacaq.

 

Вся лента