Dövlət Agentliyi tenderi özəl şirkətə verdi - Böyük məbləğ

11:21 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi "Özünüməşğulluq proqramı çərçivəsində satın alınan inventar, maşın və avadanlıqların saxlanması üçün anbar xidmətlərinin satın alınması" və "Özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidmətinin satın alınması" üçün keçirdiyi tenderləri yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, qalib şirkətlər müvafiq olaraq "ABŞERON EXPRESS"  MMC və "GRAVITY INC." MMC-dir. "ABŞERON EXPRESS" ilə məbləği 849 min manat, "GRAVITY INC." MMC ilə məbləği 648 min manat olan müqavilə imzalanıb.

 

Вся лента