Əmək müqavilələrinin ən çox bağlandığı şəxslər - Siyahı

15:55 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin ən çox hissəsi 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.

ABC.AZ-ın məlumatına görə, e-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında  olan işçilərə aiddir.

Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

 

Вся лента