Prezident qəbul keçirib

17:34 - 21.06.2021


21 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev iyunun 21-də Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib.

ABC.AZ xəbər verir ki, Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi Qazaxıstan dövlətinin başçısı Kasım-Jomart Tokayev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Qazaxıstan dövlətinin başçısının və Qazaxıstanın birinci Prezidentinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə və Nursultan Nazarbayevə çatdırmağı xahiş edib.

 

Вся лента