FAO Azərbaycanda bu sahəyə dəstək verir

12:26 - 29.06.2021


29 iyun, Fineko/abc.az. Azərbaycanda qoyunçuluq bir sahə kimi kənd yerlərində qidalanma (ət və pendir) və dolanışıq üçün əsas gəlir mənbəyidir. Əlavə olaraq yerli istehlakdan və ixrac bazarından artan tələb bu fəaliyyət sahəsi üçün yeni imkanlar yaradır.

Bu barədə Kənd Təsərüffatı Nazirliyindən ABC.AZ-a məlumat verilib.

Qeyd olunub ki, xırdabuynuzlu damazlıq heyvan yetişdiricilərinin qarşılaşdıqları bir çox problemi nəzərə alaraq, qoyun yetişdirilməsində strateji baxış və istiqamətin müəyyən olunması üçün “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” Layihəsi çərçivəsində ölkədəki mövcud qoyunçuluq sisteminin qiymətləndirilməsi prosesi həyata keçirili. 25 iyun tarixində FAO-nun Azərbaycandakı Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli mütəxəssislər və fermerlər qrupunun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda Qoyunçuluq Strategiyasına dair Qiymətləndirmə Hesabatı damazlıq işi üzrə beynəlxalq mütəxəssis Maite Lasarte tərəfindən təqdim edildi.

 

Вся лента