Ödənişləri azalmış sığorta şirkətləri - Siyahı

11:40 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Bu ilin yanvar-may aylarının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 7-nin ödənişləri azalıb, 4 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta”, “Meqa Həyat Sığorta” və “Naxçıvan Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

ABC.AZ Renkinq-ə istibadən xəbər verir ki, ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Meqa Sığorta" ASC-dədir.

Bu şirkət 5 ay ərzində 1,759 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,2% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə bazarı tərk etmiş “Rəvan Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 97,6% azalaraq 98 min manata düşüb.

 

Вся лента