SOCAR Ukrayna dəmir yolları üçün dizel tədarük edəcək - Müqavilə bağlanıb

14:09 - 2.07.2021


2 iyul, Fineko/abc.az. “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin dəmir yolları üçün dizel yanacağının alınması ilə bağlı müqavilə imzalayıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir. Məlumata görə, “Ukrayna Dəmir Yolları”nın İstehsalın Təminatı Mərkəzi iyulun 1-də çərçivə müqaviləsinə əsasən 15 min ton dizel yanacağının alınması ilə bağlı tender elan edib.

Belə ki, dəmir yolu müəssisəsi 5 tender keçirəcək və bu tenderin hər birində 3 min ton dizel yanacağının tədarük edilməsi nəzərdə tutulur.

Resursun təxmini marjinal dəyəri hər ton üçün 28 min 824,22 qrivna səviyyəsində müəyyən edilib. Konsaltinq qrupunun məlumatına görə, iyulun 1-də 2021-ci il ərzində 200 min ton dizel yanacağının tədarükü ilə bağlı çərçivə müqaviləsi OKKO, “Torum”, “Gastream”, “Aliance Erergo Trade”, “Oil Trade 2018”, “Levane Torg”, “Martine Trade” və “SOCAR Ukraine” şirkətləri ilə imzalanıb.

 

Вся лента