Neft ucuzlaşır, Brentin bir bareli $76,05 ticarət olunur

10:00 - 5.07.2021


5 iyul, Fineko/abc.az. OPEC+ qərarları ərəfəsində bazar ertəsi günü ticarətində etalon markalarının qiymətləri azalır.  OPEC+ ölkələri nazirlərinin ötən həftə başlayan avqust ayından etibarən neft hasilatının səviyyəsi ilə bağlı danışıqları bazar ertəsi günü təxirə salınıb.

Saat 9:28-də, London ICE Futures birjasında baş tutan ticarətdə Brent neftinin sentyabr fyuçersi barel başına $0,12 (0,16%) – $76,05 qiymətinə düşüb. İyulun 2-də keçirilən ticarətin nəticələrinə görə, Brent neftinin sentyabr fyuçersi $0,33 (0,44%) - barel başına $76,17 qədər bahalaşıb.

Saat 9:28-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust fyuçersinin qiyməti $0,06 (0,08%) - barel başına $75,10-a qədər azalıb. 2 iyul ayının nəticələrinə görə, avqust ayına olan fyuçers $ 0,07 (0,09%) – bir barelə $75,16 qiymətinə düşüb. 

 

Вся лента