14:33 - 5.07.2021
5 iyul, Fineko/abc.az. 2020-ci ildə “TANAP Natural Gas Transmission Company”nin (Trans-Anadolu qaz kəmərinin tikintisi və istismarı üzrə operator) xalis mənfəəti 2019-cu ildə $145,827 milyon səviyyəsində xalis zərərə qarşı $159,396 milyon təşkil edib.
ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə «Cənub Qaz Dəhlizi” QSC-nin materiallarında deyilir. 2020-ci ildə konsorsiumun gəlirləri $682,239 milyon (2019-cu illə müqayisədə artım 3,1 dəfə), satışların maya dəyəri $133,783 milyon (artım 31%), sair gəlirlər $1 milyon 463 min, faiz gəlirləri $353 min təşkil edib.
Ötən il konsorsiumun ümumi və inzibati xərcləri $192,777 milyon (artım 2,6 dəfə), maliyyə xərcləri $197,549 milyon (artım 6,5%), məzənnə fərqindən yaranmış xalis zərər $550 min (artım 2,6 dəfə) təşkil edib.
2020-ci ilin sonuna “TANAP Natural Gas Transmission Company”nin aktivləri $6 milyard 703,913 milyon (azalma 0,5%), o cümlədən qısamüddətli aktivləri $141,516 milyon, uzunmüddətli aktivləri $6 milyard 562,397 milyon məbləğində qiymətləndirilir.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024