Shell şirkəti böyük zərər edib - 21 milyard dollardan çox

15:13 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Məşhur neft və qaz şirkəti nəhəngi “Royal Dutch Shell” 2020-ci ili zərərlə başa vurub. ABC.AZ-ın məlumatına görə, bu barədə şirkətin hesabatında qeyd olunub.

Belə ki, Şirkət 2020-ci ildə 21,5 milyard dollar zərər edib.

Neft-qaz nəhənginin 1988-ci ildən bu yana maliyyə hesabatlarını analiz edən iqtisadçıların fikrincə bu, şirkət üçün anti-rekord sayılır.

Hesabatlara görə, 2015-ci ildən mənfəətini artırmağa müvəffəq olan şirkət 2019-cu ildə mənfəətini yenidən azaldaraq 16,4 milyard dollar gəlir əldə edib.

Şirkət rəhbərliyi neft və qaz sektorunda qeyri-müəyyənliyin davam edəcəyi ilə bağlı açıqlama verib.

Müəllif: Elmir Murad

Вся лента