Pakistan və Azərbaycan yeni palata yaradır

11:28 - 7.07.2021


7 iyul, Fineko/abc.az. Bu gün Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) təqdimat mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, Palata iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün yaradılıb.

Təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, eləcə də Xarici İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə iştirak ediblər.

 

Вся лента