İlin birinci yarısında “Azeri Light” neftin bir barrelinin satış qiyməti neçəyə olub?

16:03 - 7.07.2021


7 iyul, Fineko/abc.az. 2021-ci ilin birinci yarısında Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $65,43 təşkil edib.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“2021-ci ilin birinci yarısında “Azeri Light” markalı yüngül neftin bir barrelinin orta satış qiyməti CIF şərtləri ilə $65,43 təşkil edib”, - Əhmədov qeyd edib.

O, həmçinin bildirib ki, 2020-ci ilin analoji dövrü ərzində Azərbaycanın “Azeri Light” markalı yüngül neftin bir barreli CIF şərtləri ilə $42,75 təşkil edib.

Beləliklə, 2021-ci ilin birinci yarısında “Azeri Light” neftin bir barreli CIF şərtləri ilə $22,68 və ya 53,1% artıb.

 

Вся лента