SOCAR Pakistana kredit verəcək?

15:42 - 12.07.2021


12 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bu barədə Pakistan mətbuatı xəbər verir.

Məlumata görə, SOCAR il ərzində hökümətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib.

Təklif LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dollarlıq iki ayrı kredit xəttini əhatə edib.

Ancaq Pakistan hökumətindən təkliflə bağlı heç bir açıqlama yoxdur.

 

Вся лента