"Bank BTB"-nin bölüşdürülməmiş zərəri 14 milyon manatdan çoxdur

15:24 - 13.07.2021


13 iyul, Fineko/abc.az. 30 iyun 2021-ci il tarixinə "Bank BTB" ASC-nin aktivləri 354.933 milyon manat təşkil edib.

Bu Index.az-ın sözügedən bankın 2021-ci ilin II rübünə dair hazırladığı maliyyə hesabatı ilə bağlı təhlilində qeyd olunub.

Təhlilə əsasən, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5.229 milyon manat azdır. Təhlil göstərir ki, hesabat dövrünün sonuna bankın kredit portfeli 237.177 milyon manat təşkil edib.

İl ərzində bankın kredit portfeli 27.257 milyon manat böyüyüb. 2021-ci ilin iyulun 1-dək müştərilərin banka yerləşdirdiyi tələbli depozitlərin həcmi 15.743 milyon manat, müddətli depozitlərin həcmi isə 122.912 milyon manatdır.

Başqa sözlə, 2020-ci ilin analoji dövrü ilə müqayisədə tələbli depozitlərdə 35.916 milyon manat azalma var. Müddətli depozitlər isə il ərzində 40.113 milyon manat artıb.

Ümumilikdə isə müştərilər 4.217 milyon manat həcmində depozitini geri çəkib.

Ötən ilin ilk yarısını bank 107 min manat zərərlə başa vursa da, bu ilin eyni dövrünü 538 min manat xalis mənfəətlə yekunlaşdırıb.

Bunun hesabına bankın bölüşdürülməmiş zərəri 14.417 milyon manata enib.

 

 

Вся лента