SOCAR xaricdə qazma işləri apara bilər

15:44 - 13.07.2021


13 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xaricdə qazma işlərində mümkün iştirakı ilə bağlı türkiyəli tərəfdaşlarla fəal danışıqlar aparılır.

ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd olunub ki, şirkət üçün əsas marağı yaxın xaric, ilk növbədə Türkiyə kəsb edir: "Neft-qaz sənayesi ilə bağlı müxtəlif layihələr çərçivəsində qazma işləri üzrə tenderlərdə iştirak imkanları nəzərdən keçirilir. SOCAR-ın əsas aktivi Azərbaycan neftçilərinin zəngin tarixi təcrübəsi, eləcə son illərdə Xəzər dənizində qəliz geoloji şəraitdə, böyük dərinliklərdə və yüksək təziq altında keçirilmiş qazma əməliyyatlarıdır. Biz öz təcrübəmizi həm ölkədə, həm də xaricdə daha səmərəli tətbiq edə bilmək üçün mövcud imkanları müəyyənləşdirmək niyyətindəyik".

 

Вся лента